Azərbaycanda qadın özünü güllələdi

Azərbaycanda qadın özünü güllələdi
Bütün Xəbərlər
13:54 17.11.2014
1085
Beyləqan rayonunda intihar hadisəsi baş verib.
Daxil iİşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə noyabrın 16-da Beyləqan rayonu Orta Əlinəzərli kəndində qeydə alınıb.
Kəndin ərazisində yerləşən fermada işləyən rayon sakini Tünzalə Bayramova ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR