Azərbaycanda qadını maşınla vurub, 16 yaşlı qızını qaçırtdılar

Azərbaycanda qadını maşınla vurub, 16 yaşlı qızını qaçırtdılar
Bütün Xəbərlər
00:15 08.04.2014
1484

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 16:30radələrində Lənkəran şəhərinin Həzi Aslanov xiyabanında qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 35 yaşlı Gülarə Hacırza qızı Feyzullayevanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Gülarə Feyzullayeva minik avtomobilində Lənkəran Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Həkim travmatoloq Bahadır Heydərov deyib ki, müayinə zamanı xəstədə burunun əzilməsi, bir də hər iki əlin arxa səthində əzilmiş yaralar aşkar edilib. Xəstənin vəziyyətinin kafi olduğu deyilir.

Xəstəxanada zərərçəkənlə söhbət baş verən hadisənin təsadüf olmadığını deməyə əsas verir.

Zərərçəkənin ailə üzvləri bildirdilər ki, bu gün günorta saat 14:00 radələrində Gülarə Feyzullayevanın 10-cu sinifdə oxuyan hələ 16 yaşına çatmamış qızı naməlum şəraitdə qaçırılıb və sonra bu barədə ailə üzvlərinə xəbərdarlıq edilib. Gülarə atası və qardaşı ilə deyilən əraziyə gələndə maşında əks tərəflə mübahisə yaranıb və sürücü atanı kənarlaşdırandan sonra qadın maşından düşmək istəmədiyindən zorla maşından salınıb. Bu zaman Gülarə xəsarət alıb, qardaşını isə zərərçəkən tərəfin iddiasına görə maşın 200 metrəcən sürükləyib.

Artıq hadisəni törətməkdə təqsirli bilinən "VAZ-21099" markalı maşının sürücüsü və azyaşlını qaçırmaqda təqsirləndirilən şəxs Lənkəran şəhər polis şöbəsinə gətirilib. Onların rayonun Mamusta kəndindən olduğu bildirilir. Lənkəran polisindən baş verən hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
19:29 31.07.2025
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
19:14 31.07.2025
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu