Azərbaycanda qadını qısqanan kişi vaqonu yandırdı

Azərbaycanda qadını qısqanan kişi vaqonu yandırdı
Bütün Xəbərlər
17:04 24.10.2014
946
Dünən axşam saatlarında Sumqayıtda kişi gəzdiyi arvadın yaşadığı vaqonu yandırıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dünən saat 19 radələrində İsmayıl Əliverdiyev qeyri-rəsmi nikah münasibətlərində olduğu Mehparə Quliyevaya məxsus vaqonu qəsdən yandırıb.
Nəticədə vaqon və oradakı əşyalar yanaraq kül olub.
İ.Əliverdiyev bunu qadını qısqandığı üçün etdiyini bildirib.
Araşdırmalar zamanı o da məlum olub ki, İsmayıl əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR