Azərbaycanda qadınların pensiya yaşının azaldılması təklif edilir

Azərbaycanda qadınların pensiya yaşının azaldılması təklif edilir
MANŞET
14:14 03.03.2023
802
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qadınların pensiya yaşının azaldılması, xüsusilə 63 yaş müəyyənləşdirilməsi ilə bağlı "Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

AZXEBER.COM xəbər verir ki, bu, Ombudsmanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə bildirilib ki, "Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli, 543- VQD saylı qanununun 1.13-cü maddəsinə əsasən, bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edilib ki, Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyildir.

Bildirilib ki, bu baxımdan qadınların pensiya yaşının azaldılmasına ehtiyac vardır.

"Əmək pensiyaları haqqında” qanuna müxtəlif vaxtlarda dəyişikliklər edilməklə əmək pensiyasının minimum məbləği artırılıb. 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat olduğu halda, 2022-ci ilin yanvarın 1-dən bu məbləğ 20 faiz artırılaraq 240 manat müəyyən edilmişdir. Bu yanaşma minimum məbləğdə pensiya alanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində olduqca mühüm addımdır.

Lakin bununla belə, digər pensiyaçılara ödənilən pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib artırılmaması da sərf etdiyi əməyə, o cümlədən qazandığı əmək və sığorta stajlarına görə pensiyaçılar arasında bərabərlik prinsipinin pozulmasına səbəb olur.

Belə ki, əmək pensiyasının minimum məbləği 240 manata qaldırıldığı vaxta kimi 201 manat və 239 manat alan iki müxtəlif pensiyaçının pensiya məbləği bərabər olaraq 240 manata çatdırılır. Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyasının minimum məbləği artırılarkən bundan əvvəl təyin edilmiş pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib və ya müəyyən məbləğdə artırılması zəruridir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib