xari

Azərbaycanda qandonduran hadisə: Ata qızını qətlə yetirib, intihar etdi

SOSİAL
14:04 28.12.2020
2401
Salyan rayonunda ata odlu silahla qızını qətlə yetirəndən sonra intihar edib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Qurbanov Məzahim ailə-məişət zəminində əvvəlcə qızı Rəvanə Qurbanovaya atəş açaraq qətlə yetirib. Sonra odlu silahla özünü öldürüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR