"Azərbaycanda qanunla müəyyən edilmiş gənclik dövrü dünyada ən optimal variantlardandır" - Yusuf Məmmədəliyev

"Azərbaycanda qanunla müəyyən edilmiş gənclik dövrü dünyada ən optimal variantlardandır" - Yusuf Məmmədəliyev
GƏNCLİK
10:25 02.02.2018
2004
Hazırda Azərbaycanda mövcud olan qanunla müəyyən edilmiş gənclik dövrü dünyada ən optimal variantlardandır.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.

O qeyd edib ki, ölkəmizdə qanunla müəyyən edilmiş gənclik yaşı mövcud reallığa tam uyğundur:

"Burada ölkənin xüsusiyyətləri də nəzərə alınmalıdır. Məsələn, bəzi Cənubi Amerika və ya Afrika ölkələrində gənclik yaşının aşağı həddi 12, bəzən 11 yaşa qədər enir. Bu, həmin ölkələrdə insanların əmək fəaliyyətinə həddən artıq tez başlaması ilə izah oluna bilər. ABŞ-da, Avropanın əksər ölkələrində gənclik yaşı qanunla 14-25 yaş arasında müəyyən edilib. Nəzərə alsaq ki, bu ölkələrin bir çoxunda əhalinin qocalma problemi ciddi məsələ kimi gündəlikdədir, bu zaman bu interval çox dar görünə bilər. Rusiyada təqribən Azərbaycandakı kimi, 14-30 yaş arası vətəndaşlar rəsmən gənc hesab edilir. Bir sözlə, demək istərdim ki, ölkəmizdə qanunla müəyyən edilmiş gənclik yaşı mövcud reallığa tam uyğundur".

Y.Məmmədəliyev bildirib ki, Azərbaycan dövləti bir çox hallarda gənclər üçün nəzərdə tutulmuş müəyyən güzəştlərin, proqramların daha çox insanı əhatə etməsi üçün gənclik yaşının yuxarı həddini daha da yüksək götürür:

"Qanunla gənclik yaşının müəyyən edilməsi isə dövlət tərəfindən müəyyən vəzifə və səlahiyyətlərin icra edilməsi üçün aydın kriteriyaların müəyyən edilməsi ehtiyacından yaranır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda gənclik yaşının müəyyən edilməsi xeyli dərəcədə adaptiv formada həyata keçirilir. Dövlətimiz bir çox hallarda gənclər üçün nəzərdə tutulmuş müəyyən güzəştlərin, proqramların daha çox insanı əhatə etməsi üçün gənclik yaşının yuxarı həddini daha da yüksək götürür. Məsələn, xeyli güzəştlərin şamil olunduğu "gənc alim", "gənc ailə" kimi kateqoriyalar müəyyənləşdirilərkən heç də 29 yaş deyil, 35 yaş yuxarı hədd kimi müəyyən edilir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir