Azərbaycanda qardaş bacısı ilə görüşən oğlanı qətlə yetirdi
Bütün Xəbərlər
11:48 05.01.2012
2376
Abşeron rayon Xırdalan şəhərində qətl hadisəsi törədilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, uşaq poliklinikasının qarşısında, “Günay” restoranının yaxınlığında gənc oğlan bıçaqlanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.Abşeron rayon Polis Şöbəsindən verilən məlumata görə, məlum hadisəni 1993-cü il təvəllüdlü Əmir Azər oğlu Rzayev törədib. 18 yaşlı oğlan qısqanclıq zəminində 1990-cı ildə anadan olmuş Kənan Oruc oğlu Hümbətova bıçaqla ağır xəsarətlər yetirib. 21 yaşlı K.Hümətov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.K.Hümbətov Ə.Rzayevin bacısını istəyirmiş və onlar görüşürmüş. Bacısını qısqanan Ə.Rzayev isə uşaq xəstəxanasının qarşısında bu hadisəni törədib.Qeyd edək ki, faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.