Azərbaycanda qardaş qırğını istəyənlərə cavab

Azərbaycanda qardaş qırğını istəyənlərə cavab
Bütün Xəbərlər
16:10 23.05.2013
1913

Hacıbəy HeydərliPolitoloq Zərdüşt Əlizadə növbəti dəfə qeyri-adi açıqlamasıyla gündəmə gəlib.

Çıxışlarında heç bir zaman konkretlik olmayan, müxalifət liderləriylə düşmən münasibətində olan, eyni zamanda iqtidarı da tənqid edən politoloq bu dəfəki açıqlamasında xalqı meydanlara, inqilaba səsləyib.Politoloq bu dəfə deyib: Ölkədəki vəziyyətin dəyişməsinin iki yolu var. Ya xalq silaha sarılaraq öz hüquqları uğrunda silahlı üsyana qalxmalıdır, ya da ki, 200-300 minlik mitinq baş tutmalıdır ki, hökumət xalqın hüquqlarını tanısın”.Zərdüşt bəy, özü də çox gözəl dərk edir ki, müxalifət nəinki 200-300 min, heç 200-300 nəfəri də meydana çıxara bilməz.Belə olan təqdirdə yalnız bir variant: xalqın silaha sarılmağı qalır. Görünən odur ki, Zərdüşt bəy vətəndaş müharibəsinin, qardaş qırğının tərəfdarıdır.Politoloq deyəsən, 1992-93-cü illər üçün darıxıb. Ancaq o unudur ki, əgər ölkədə qarşıdurma olması AXCP-Müsavat cütlüyünün qurbanı ilk olaraq özü olacaq. Onun başına həmin hakimiyyət zamanı gətirilən oyunlar hamıya məlumdur.Həm də müxalifətin izdihamlı aksiya keçirməsi üçün alternativ qüvvələrin birləşməsi labüddür. Bu yerdə Zərdüşt bəyə bu yaxınlarda mətbuata açıqlama verən Sərdar Cəlaloğlunun fikrini xatırlatmaq istərdik:“Zərdüşt bəy düz deyir ki, müxalifətin heç vaxt birləşə bilməyəcək, çünki müxalifətin parçalamasında elə özü yaxından iştirak edib.Azərbaycan müxalifətinin parçalanmasının əsasını 1988-cı illərdə Zərdüşt Əlizadə, Nemət Pənahlı, İsa Qəmbər intriqaları qoydu və ilk parçalanma da o vaxt başladı. Buna görə də müxalifət heç vaxt birləşə bilməyəcək”.Görünən odur ki, Zərdüşt Əlizadə gündəmə gəlmək və özünü “kreativ” göstərmək üçün belə bir açıqlama verib.Azərbaycan xalqı, Azərbaycan insanı 20 il öncəyə qayıtmaq fikrində deyil.Zərdüşt Əlizadənin dediyi xalq qırğını, vətəndaş müharibəsi artıq tarixə çevrilib.Sonda politoloqa Suriya, Misir, Liviya və digər ölkələrlə maraqlanmağı məsləhət görərdik.Ancaq Zərdüşt bəy əmin olsun ki, Azərbaycan heç bir zaman o ölkələrin aqibətini yaşamayacaq.

OXŞAR XƏBƏRLƏR