Azərbaycanda qayınana kürəkənini bıçaqladı

Azərbaycanda qayınana kürəkənini bıçaqladı
Bütün Xəbərlər
13:17 30.07.2013
1146
Daşkəsən rayon sakininə qaynanası tərəfindən bıçaq xəsarəti yetirilməsi müəyyən edilib.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 29-da Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsinin ərazisindən qəsəbə sakini Zahir Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Zahir Həsənovun qaynanası Elmira Bayramovatərəfindən törədilməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR