Azərbaycanda qəbul imtahanında biabırçılıq: Test kitabçalarında suallar kütləvi şəkildə pozulub

SOSİAL
14:41 01.05.2017
27298
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017-2018-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
 
AZXEBER.COM-un məlumatına görə, imtahandan sonra abituriyentlər kütləvi şəkildə Dövlət İmtahan Mərkəzindən şikayət ediblər. Belə ki, abituriyentlər test kitabçalarında sualların silindiyini bildiriblər və bu səbəbdən sualları oxuya bilmədiklərini deyiblər. 
 
Bu məqama DİM rəsmi şəkildə aydınlıq gətirib və bildirilib ki, mübahisəli bütün suallar və silinən testlər abituriyentlərin xeyrinə hesablanacaq. Maraqlı məqam isə ondan ibarətdir ki, suallar silinən kitabçalar abituriyentlərə verilməyib. 
 
AZXEBER.COM məsələylə bağlı təhsil eksperti Kamran Əsədovun mövqeyini öyrənib.
 
 
 
Ekspert deyib ki, bütün bu halların baş verməsi Dövlət İmtahan Mərkəzinin qeyri-peşəkarlığının və işinə məsuliyyətsiz yanaşamasının göstəricisidir: "Test kitabçalarında sualların silinməsi kütləvi şəkildə olub və buna bir adla biabırçılıq deyərdim. Bu Dövlət İmtahan Mərkəzinin işinə qeyri-peşəkar yanaşdığını göstərir. Burada bir abituriyentin taleyindən söhbət gedir, DİM sualları necə silə bilər? Bu qurum hər tələbədən 40 manat pul alıb və Azərbaycanda 35 min abituriyent var. DİM bu qədər pulu nə edib?"
 
Təhsil eksperti suallara da aydınlıq gətirib və deyib ki, sualların çoxu təkrar olub: "İmtahana düşən sualların demək olar ki, hamısı təkrar suallar idi. Bu qurum bu qədər pul toplayır, ancaq sual hazırlamağa ərinir. Əvvəlki illərdə sınaq və qəbul imtahanlarına düşən sualların təkrarlanması DİM-in fəaliyyətsizliyini göstərir. Məncə artıq Azərbaycanda yeni imtahan qurumu yaradılmalıdır. Əminəm ki, bu qurum daha peşəkar və məsuliyyətli olacaq".
 
Kamran Əsədov imtahanda nəzarətçilərin də qeyri-etik davranışlarının olmasını deyib: "İmtahan zallarında bəzi nəzarətçilər uzun kabluk geyiniblər və bu da abituriyentlərin fikrini dağıdıb. DİM hər incəliyə fikir verməlidir, gənclərin talehi ilə belə oynamaq olmaz. Bir daha qeyd edirəm ki, bütün bunlar hüquq pozuntularıdır və ciddi araşdırılmalıdır".

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir