Azərbaycanda qətl törədən şəxs BƏƏ-də həbs edilib

Azərbaycanda qətl törədən şəxs BƏƏ-də həbs edilib
Bütün Xəbərlər
15:25 23.08.2013
715
Azərbaycanda qətl törədərək axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutulub. 
AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi (Qəsdən adam öldürmə) ilə axtarışda olan Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində tutulmuş və ekstradisiyası üçün tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR