Azərbaycanda qətldə şübhəli bilinən şəxs tutuldu

Azərbaycanda qətldə şübhəli bilinən şəxs tutuldu
Bütün Xəbərlər
08:09 27.08.2012
1016
AZXEBER.COM Regional TV-yə istinadən xəbər verir ki, avqustun 24-ü Xızı rayonunda odlu silahla qətlə yetirilən Siyəzən şəhər sakini, 46 yaşlı Elşən Ələkbər oğlu Ələkbərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs ötən gün həbs olunub. Xızı rayon Polis Şöbəsindən RTV-yə verilən məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 1955-ci il təvəllüdlü Məhərrəm Məhəmməd oğlu Neybətov saxlanılıb.
Hadisə zamanı istifadə olununan odlu silah və mərhum E.Ələkbərova məxsus “Azsamand” markalı avtomaşın da maddi sübut kimi götürülüb. Hadisənin qisas almaq məqsədilə törədildiyi bildirilir.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR