Azərbaycanda qoyunları xilas etmək istəyən ata-bala boğuldu

Azərbaycanda qoyunları xilas etmək istəyən ata-bala boğuldu
Bütün Xəbərlər
16:35 15.05.2014
962
Lənkəranda bədbəxt hadisə baş verib.
 ANS PRESS-in məlumatına görə, ata və oğlu kanalda boğulub. Hadisə bu gün günorta saatlarında Bəlləbur kəndində baş verib.
Boğulanlar kənd sakinləri 1967-ci il təvəllüdlü Əliyev Hacıəli Vəli oğlu və onun oğlu 1995-ci il təvəllüdlü Əliyev Elməddin Hacəli oğludur.
İlkin məlumata görə, onlar qoyunlarını kanala aparıblar. Burada qoyunların suda boğulduğunu görüblər. ata və oğlu heyvanları xilas etməyə çalışıblar. Lakin hər ikisi suda boğulub.
Meyitlər Lənkəran Pataloji Anatomiya Birliyinə gətiriliblər. Hazırda hüququ mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
OXŞAR XƏBƏRLƏR