Azərbaycanda Qurban bayramı namazının qılınma vaxtı açıqlandı

Azərbaycanda Qurban bayramı namazının qılınma vaxtı açıqlandı
Bütün Xəbərlər
18:15 14.10.2013
1643

Azərbaycanda Qurban Bayramı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə APA-ya açıqlamasında bildirib ki, bayram namazı oktyabrın 16-da səhər saat 09:00-da qılınacaq.

QMİ rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə həmin gün qeyd olunan vaxtda Təzə Pir məscidində də bayram namazı qılınacaq.

Qeyd edək ki, Azərbaycanda oktyabrın 15-i və 16-sı Qurban Bayramı günü kimi qeyd olunur.

OXŞAR XƏBƏRLƏR