Azərbaycanda reabilitasiya mərkəzində insident - DİN hərəkətə keçdi

Azərbaycanda reabilitasiya mərkəzində insident - DİN hərəkətə keçdi
SOSİAL
11:15 18.07.2024
427
Daxili İşlər Nazirliyinin (DİN) Abşeron rayonu ərazisində vətəndaşın müalicə aldığı reabilitasiya mərkəzində işgəncəyə məruz qalması və müraciətinin araşdırılmadığı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Anar Qafarov AZXEBER.COM-a bildirib ki, Elvin Eyvazov Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək cari ilin aprel-iyun aylarında Novxanı qəsəbəsində yerləşən "Start" reabilitasiya mərkəzində alkoqolizmdən müalicə aldığı müddətdə mərkəzin əməkdaşları Emin və Orxan adlı şəxslərin ona fiziki və psixi təsir göstərdiyini, həmçinin orada müalicə alan Şamil adlı şəxsin isə onun sifət və qol nahiyəsindən yumruq zərbələri ilə vuraraq xəsarət yetirdiyini bildirib.

Araşdırma zamanı mərkəzin təsisçiləri, eləcə də adları çəkilən əməkdaşları Emin Əliyev və Orxan Şirinovun izahatları alınıb. Onlar müalicə müddətində E.Eyvazova psixi və fiziki zor tətbiq etmədiklərini bildiriblər.

Reabilitasiya mərkəzində müalicə alan Şamil İbrahimov isə izahatında həmin gün E.Eyvazovun aqressiv hərəkətlər etməsi səbəbindən ona irad bildirdiyini və qolundan tutaraq masaya əyləşdirdiyini qeyd edib. Məhkəmə-tibbi ekspertizası zamanı E.Eyvazovun üzərində dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətlər aşkar olunub və bu barədə rəy verilib.

Araşdırmaların yekunu olaraq 17 iyun 2024-cü il tarixində "Start" reabilitasiya mərkəzində Ş.İbrahimovun orada müalicə alan E.Eyvazovun sifət və qol nahiyələrinə xəsarət yetirməsi nəticəsində sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdiyi sübuta yetirilib. Ş.İbrahimovun hərəkətində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
15:29 10.07.2026
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
15:26 10.07.2026
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
15:13 10.07.2026
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
15:09 10.07.2026
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
14:50 10.07.2026
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
14:46 10.07.2026
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
Generala yüksək vəzifə verildi
14:31 10.07.2026
Generala yüksək vəzifə verildi
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
14:28 10.07.2026
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
14:18 10.07.2026
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
14:17 10.07.2026
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
14:08 10.07.2026
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
13:44 10.07.2026
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
Kəlbəcərdə otlaq sahədə mina partladı
13:26 10.07.2026
Kəlbəcərdə otlaq sahədə mina partladı
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
13:10 10.07.2026
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
12:46 10.07.2026
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
12:33 10.07.2026
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”