Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?

Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
KRİMİNAL
15:26 10.07.2026
186
Son 20 ildə Azərbaycanda qeydə alınan cinayətlərin sayı təxminən iki dəfə artıb. 

Bununla yanaşı, cinayət törədən şəxslər arasında kişilər üstünlük təşkil etməkdə davam edir.

AZXEBER.COM Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2004-cü ildə ölkədə 16 min 810 cinayət qeydə alınıb. 

Həmin il cinayət törədən şəxslərin 13 min 673-ü kişi, 2 min 357-si isə qadın olub.

İyirmi il sonra cinayətlərin ümumi sayı artsa da, cinayət törədən şəxslərin cins bölgüsündə ciddi dəyişiklik qeydə alınmayıb. 

Belə ki, 2024-cü ildə ölkədə qeydə alınan cinayətlərin sayı 33 min 379-a yüksəlib. Həmin il cinayət törədən şəxslərin 21 min 250-si kişi, 1 235-i isə qadın olub.

Müqayisə üçün qeyd edək ki, son iyirmi ildə cinayət törədən şəxslər arasında kişilər açıq üstünlüyünü qoruyub saxlayıb. Son statistikaya əsasən, cinayət törədən şəxslərin 94,5 faizini kişilər, 5,5 faizini isə qadınlar təşkil edib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR