Qusar rayonunda 23 yaşlı qız dəm qazından boğulub. Qusar rayon prokurorunun köməkçisi Anar Salehov ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib.Belə ki, Murtuza Murtuzayev küçəsində yaşayan 1990-cı il təvəllüdlü Səmayə Malik qızı Fətullayeva hamamda çimərkən dəm qazından boğulub. Onun meyidi hamamda valideynləri tərəfindən aşkarlanıb.