Azərbaycanda rüşvət alan direktorlar işdən qovuldu
Bütün Xəbərlər
16:14 17.11.2014
1136
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılıb.AZXEBER.COM BŞTİ-yə istinadla verdiyi məlumata görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatında qeyd edilib.Bildirilib ki, aparılmış araşdırmalar nəticəsində qanun pozuntuları aşkar olunub. Faktlar barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib.