Azərbaycanda saatlıq minimum əmək haqqı rejiminin tətbiqi maaşlara necə təsir edəcək?

ÖZƏL
11:54 24.05.2024
1352
Saatlıq əmək haqqı rejimi işçilərin əmək haqqının iş saatlarının sayına əsasən hesablanması sistemidir.
 
Bu rejim, işçinin konkret bir dövr ərzində işlədiyi saatlara görə ödəniş almasını nəzərdə tutur.
 
Bəs ölkəmizdə saatlıq minimum əmək haqqı rejiminin tətbiqi vətəndaşların maaşlarına necə təsir edəcək? 
 
Habelə Azərbaycanda aliment ödəyə bilməyənlərə güzəştlər oluna bilər.
 
Olunarsa, bunun mexanizmi necə olacaq? Hansı şərtlər daxilində edilə bilər?

Mövzu ilə əlaqədar AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, ölkədə saatlıq minimum əməkhaqqının tətbiqi bu sahədə şəffaflığın aparılmasına müsbət təsir göstərəcək:


"Fikrimcə, ölkədə saatlıq minimum əməkhaqqının tətbiq edilməsi əməkhaqqının daha dəqiq hesablanmasına, diversifikasiya edilməsinə, bu sahədə şəffaflığın aparılmasına və uçotun düzgün qurulmasına müsbət təsir göstərəcək. Digər tərəfdən, düşünürəm ki, hazırlanan təkliflər nəticəsində həmin tariflərdə müəyyən dəyişikliklər edilə bilər. Bu gün Əmək Qanunvericiliyinə əsasən, aylıq əmək təxminən 176 saatdır və bu, bugünkü minimum əmək haqqıyla hesablayanda 1 saatı 1 manat 96 qəpiyə düşür. Bu baxımdan, gələcəkdə sözügedən məbləğin dəyişdirilməsi nəzərdə tutula və sahələr üzrə dəyişiklik gözlənilə bilər. 
 
Sözsüz ki, müəyyən hallarda müşahidə olunur ki, bəzi sahələrdə insanlar qəbul edilmiş əmək normasından artıq fəaliyyət göstərirlər. Bu, onlarda hesablama zamanı problem yaradır. Bu tip halların qarşısıni yeni tariflər, qaydalar ala bilər. 
 
Ekspert ölkədə aliment verənlərə tətbiq edilə biləcək mövcud güzəştlərdən də danışıb:
 
"Aliment məsələsi həm hüquqi, həm sosial, həm də iqtisadi bir prosesdir. Bu mənada beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Hesab edirəm ki, aliment məsələsiylə bağlı müəyyən bir fond təsis oluna bilər. Dövlət həmin fonddan aliment ödəyə bilməyən ailələrə yardımlar göstərə bilər. Bundan sonra, cavabdeh şəxslərdən həmin məbləği hansısa formada və ya icbari əməyə cəlb olunaraq tələb edə bilər. Şəksiz ki, aliment haqları ölkədə çox da böyük məbləğdə deyil. Uşaqlar üçün minimum hədd 220 manat olaraq təsdiq olundu. Düşünürəm ki, bu rəqəm elə də böyük məbləğ deyil. Bu gün əlbəttə ki, bəzi insanlar boşanandan sonra aliment ödəməyə məcbur qalırlar. Bütün bunlar planlaşdırılmalıdır, nəzərə alınmalıdır. Aydındır ki, bu həm hüquqi, həm də beynəlxalq təcrübənin tətbiqinə öz təsirini göstərməlidir".
 
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı ekspert Xalid Kərimli əlavə edib ki, ölkədə saatlıq minimum əməkhaqqına keçilməsi minimum əməkhaqqının artması demək deyil:

 

"Ölkədə saatlıq minimum əməkhaqqına keçirilməsi minimum əməkhaqqının artırılması demək deyil. Bu tam başqa məsələlərdir. Minimum əməkhaqqının hesablama qaydasının dəyişməsi prosesidir. Hökumət minimum əməkhaqqını 2023-cü ildə 300 manatdan 345 manata qaldırdı. Bundan öncə də minimum əməkhaqqında artım müşahidə edilib. Bu rəqəm 2000-ci illərdə 3 manat 30 qəpik idi. Minimum əməkhaqqının qaldırılması üçün prezident fərman verməlidir. Hökumət təklif hazırlamalıdır, prezident də fərmanla təsdiq etməlidir. Hətta Milli Məclis də bunu qəbul etməlidir. Çünki minimum əməkhaqqı ilə əlaqədar birdəfəlik qanunlar mövcuddur. Saatlıq əməkhaqqına keçirilməsinin vətəndaşa heç bir dəxli yoxdur. Burada sadəcə hesablama qaydası dəyişir. Bəs bu niyə dəyişir? Bu, Əmək Müfəttişliyinin daha da nəzarət imkanlarının formalaşması üçün nəzərdə tutulur. Saatlıq müqavilələr ola bilər ki, burada aylıq minimum əməkhaqqı olduğuna görə orada qiymətlər tənzimlənməlidir. Bir növ nəzarət imkanlarını yaxşılaşdırmaq üçün edilir. Amma vətəndaşın əməkhaqlarına təsir etmir. Sadəcə dövlətin nəzarət imkanları artacaq. Burada əmək müqavilələri bağlananda verigələr də formalaşır. Dövlətə əsas maraqlı məsələ məhz odur. Burada vətəndaşın hüquqlarının qorunması məsələsi də olacaq".
 
İqtisadçı ekspert anons edərək bildirib ki, minimum əməkhaqqı yeni ildən arta bilər:
 
"Çox güman ki, əhalinin minimum əməkhaqqı 2025-ci ilin yanvarın 1-dən etibarən artırılacaq. Bu barədə başqa bir qərar veriləcək. Orada minimum saatlıq əməkhaqqıdan bəhs olunacaq".
 
İşsizlik müavinəti kimi verilir, dayanıqlı deyil. Qısa müddəti əhatə edir. Bununla əlaqədar bu günlərdə qanuna da dəyişiklik edildi. Bir az spektri genişləndirildi. Amma işsizlik müavinəti almaq üçün siz işləməlisiniz, daha sonra işsiz kimi sığorta haqqı almalısınız. İkinci məqam isə ünvanlı sosial yardımlarda da işsiz olarkən gəliriniz olmur, gəliriniz olmayanda da bu məvacibi almaq hüququnuz olmur. Bu mexanizmə dövlət dəstək verir".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.
 

 


 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb