Azərbaycanda şadlıq evlərinin yoxlanılmasına başlanılır

Azərbaycanda şadlıq evlərinin yoxlanılmasına başlanılır
Bütün Xəbərlər
12:48 07.06.2013
880

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat verib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi iyun ayının yeddisindən şadlıq evlərinin yoxlanılmasına başlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında komitənin Dövlət nəzarəti xidmətinin rəhbəri Əbülfət İmanov bildirib. Dövlət Komitəsi tərəfindən bu sahədə yoxlamalar müntəzəm şəkildə aparılır və bu məsələdə əhaliyə həm servis sahəsində keyfiyyətli xidmətlərin təqdim olunması, həm də qida məhsullarının keyfiyyəti prioritet məsələdir. Bakıda 165-ə yaxın şadlıq evi fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR