Azərbaycanda şagird müəlliminə 14 bıçaq zərbəsi vurdu
Bütün Xəbərlər
23:32 09.01.2012
2027
Sumqayıt şəhərində yerləşən Piriyev adına 18 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Kamran Hacızadə öz müəllimini öldüməyə cəhd edib. O, hərbi hazırlıq müəllimi, 1986-cı il təvəllüdlü Bəxtiyarov Ruslan Səxavət oğluna 14 bıçaq zərbəsi vurub.Bundan sonra yaralı Ruslan Bəxtiyarov digər müəllimlərin köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun üzərində təcili cərrahiyyə əməliyyatı aparılıb və hazırda xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir.Həkim Elxan Heydərovun sözlərinə görə, müəllimin dalağı çıxarılıb, ona ürək kisəsi tikilib. E.Heydərov bildirib ki, artıq müəllimdə qanaxma dayandırılıb və onun vəziyyəti stabildir.Məktəbin müəllimi Rahim Əliyevin sözlərinə görə, Ruslan müəllim onun şagirdi olub və məktəbi bitirdikdən sonra oxuduğu məktəbdə işləyib: “Ünsiyyətçil müəlilm olub. Şagirdlərlə də, müəllimlərlə də çox ünsiyyətçil idi. Şagird də ibtidai sinifdən burada oxuyub, münaqişəli olmayıb. Şagirdlər olur ki, kaprizləri olub. Amma bunda olmayıb”.Tənəffüs zamanı hərbi hazırlıq kabinetinə gələn Kamran əvvəl müəllimlə söhbət etmək istəyib. Sonra isə cibində olan bıçağı çıxararaq müəlliminə çoxsaylı xəsarətlər yetirib.Ruslan Bəxtiyarov hadisənin qəfildən baş verdiyi üçün zərbələrdən qoruna bilmədiyini deyir: “Onda gördüm ki, sol qulağımdan küt alətlə nəsə dəydi. Yıxıldım, bir neçə zərbədən sonra ayıldım. İstədim sol əlimlə müqavimət göstərim. Gördüm alınmadı. Əl atdım qapıya, jaketim əlində qaldı. Qaçdım müəllimlər otağına, sonra deyir arxadan da bir neçəsini vurub”.Kamran Hacızadə ilə qonşuluqda yaşadığını və ailəlikcə normal münasibətlərinin olduğunu deyən Ruslan Bəxtiyarov onun niyə bıçağa əl atdığını anlamır: “Mənə yaxınlaşaraq dedi ki, hərbi məktəbə hazırlaşır. Ona kömək üçün dedim ki, özüm də oranı bitirmişəm, şifahi bildiklərimi dedim. Həftənin axırı idi. Dedim, gələn həftə jurnal da gətirərəm. Onunla belə münasibətim də yoxdur ki, deyim nəisə aqressiya yaransın. Heç mən ona pis qiymət də yazmamışam”.Faktla bağlı mövcud versiyalardan biri də Kamran Hacızadənin məhz həmin 4 qiyməti üzündən bıçağa əl atmasıdır. Dəqiq səbəblər isə Sumqayıt şəhər Prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Cinayət Məcəlləsinin ölümə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.