Azərbaycanda şagird özünü məktəb binasından atdı

Azərbaycanda şagird özünü məktəb binasından atdı
SOSİAL
15:24 16.01.2023
342
Masallıda məktəbli qız intihara cəhd edib.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib.

Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.

Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR