Azərbaycanda şagirdi ilə ər-arvad kimi yaşayan məktəb direktoru ilə bağlı - AÇIQLAMA

Azərbaycanda şagirdi ilə ər-arvad kimi yaşayan məktəb direktoru ilə bağlı - AÇIQLAMA
Bütün Xəbərlər
00:54 18.07.2014
8856

İsmayıllı rayon icra hakimiyyəti  Kürtmaşı kəndində məktəb direktoru azyaşlı qıza təcavüz etməsi barədə mətbuatda yazılmış xəbərlərlə bağlı açıqlama verib. Bizimyol.info saytının xəbərinə görə, belə bir hadisənin olmadığını açıqlayıb. 

"17 iyul 2014-cü il tarixdə bəzi elektron xəbər portallarında İsmayıllı rayonu ilə bağlı “Direktorun şagirdinə təcavüzü: əhali ayağa qalxdı–Şok” və s. başlıqlarla gedən yazılarla əlaqədar olaraq bildiririk ki, İsmayıllı rayonunda 30 saylı məktəb yoxdur və həmin məktəb Ağdam rayon Təhsil şöbəsinə aiddir. Xəbərdə qeyd olunan qız isə məktəbli deyil, 1995-ci il təvəllüdlüdür və məktəbi 2013-cü ildə bitirmişdir. Məsələ ilə bağlı Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyinə müraciət edilmiş və hadisənin doğruluğu öz əksini tapmamışdır.

Həmçinin 16 iyul 2014-cü il tarixində 200 nəfərə yaxın kənd sakininin Rayon İcra Hakimiyyətinə müraciət etməsi fikri də həqiqətə uyğun deyildir" - deyə icra hakimiyyətinin açıqlamasında vurğulanır. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də bildirib ki, bir məktəb direktorunun, bir ziyalının bu cür yoxlanılmamış, qeyri-səhih xəbərə əsasən ağır cinayətdə suçlanması, bir azərbaycanlı xanımın xalqımız üçün həddən artıq həssas məsələdə ləyaqətinə toxunulacaq səviyyədə alçaldılması yolverilməzdir.

“Mən rəsmi olaraq deyirəm ki, iyulun 12-də Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə A. ad-soyadlı xanımın itkin düşməsi ilə bağlı müraciət edilib, daha sonra isə A.-nın anası polis şöbəsinə gələrək, ərizə təqdim edib. Qızın anasının müraciəti əsasında itkin düşmə faktı ilə bağlı araşdırmalara başlanılıb. 

 Dörd gün sonra xanım evinə qayıdıb və polisə də izahat verib. A.-nın polisə verdiyi izahatda göstərilir ki, onu Göyçay rayon Qarayazı kəndindən olan bir oğlana ərə vermək istəyiblər, qız bu izdivaca etiraz etdiyi üçün evdən gedib. Məzunu olduğu məktəbin direktoru Zahid Namazov isə onu evdən qaçmaq fikrindən daşındırmağa çalışsa da, A.-nın inadkarlığı və fikrindən dönməməsindən sonra ona yardım etmək qərarına gəlib və qızı qohumlarından birinin evinə yerləşdirib. Qızın istəyi qəbul olunduqdan, yəni toy razılaşması pozulduqdan sonra A. evlərinə qayıdıb. Z.Namazov bu işdə A.-ya bir müəllimi və ziyalı kimi qayğı göstərib. Görünür, insanların saf niyyətinin və qayğının çirkin şəkildə təqdim edilməsində maraqlı olan şəxslər var. Onlar məsələnin əxlaqdan və etikadan kənar təqdimatında maraqlı olublar. Əslində, ictimaiyyət bu cür şəxslərə qarşı öz qınağını ortaya qoymalıdır”.

Xatırladaq ki, İsmayıllı rayonunun Kürtmaşı kəndində məktəb direktoru, 56 yaşlı Zahid Namazavun şagirdi olmuş A. adlı xanımla qeyri-rəsmi münasibətdə olduğu, A.-nın Göyçay rayon Qarayazı kəndindən olan bir oğlanla nişanlandığı və qız toyundan sonra evdən qaçması barədə axar.az saytı yerli sakinlərə istinadla xəbər yaymışdı. Xəbərdə bu hadisənin kənd camaatını hiddətləndirdiyi və rayon rəhbərliyindən Z.Namazovu kənddən qovmasını tələb etdiyi bildirilirdi.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'