AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, qeydiyyatda olan 344 min 577 diabet xəstəsinin 27 min 326 nəfəri insulinasılı, 317 min 251 nəfəri isə insulinasılı olmayan şəkərli diabetdən əziyyət çəkir.
Beləliklə, diabet xəstələrinin təxminən 92 faizi insulinasılı olmayan diabet növünə malikdir. Cins bölgüsünə nəzər saldıqda məlum olur ki, 191 min 285 qadın və 153 min 292 kişi diabet diaqnozu ilə qeydiyyatdadır. Bu isə o deməkdir ki, qeydiyyatda olan hər 10 diabet xəstəsindən təxminən 6-sı qadın, 4-ü isə kişidir.
Bununla yanaşı, 18–29 yaş arasında 6 min 957 nəfər, 0–17 yaş qrupunda isə 2 min 672 nəfər şəkərli diabet diaqnozu ilə qeydiyyatdadır.
/modern.az









































