Azərbaycanda sərin hava nə vaxta kimi davam edəcək?

Azərbaycanda sərin hava nə vaxta kimi davam edəcək?
Bütün Xəbərlər
13:08 02.09.2013
1590

Sentyabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. 

Sentyabrın 3-də əsasən gecə və axşam Azərbaycanın bəzi dağlıq və dağətəyi bölgələrdə qısa müddətli yağış yağma ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. 

Sentyabrın 6-dək Abşeron yarımadasına atmosfer təzyiqinin tərəddüdü, sentyabrın 2-si və 5-də güclü xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

OXŞAR XƏBƏRLƏR