Azərbaycanda siqaret tapılmır: Mağaza sahibləri satışdan imtina edir

SOSİAL
11:52 06.02.2017
9609
Xəbər verdiyimiz kimi, Azərbaycanda satış mərkəzlərində tütün məmulatlarının nağd pulla satışı qadağan edilib.
 
AZXEBER.COM-un məlumatına görə, artıq nağd pulla topdan satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda mağazalarda siqaret qıtlığı müşahidə edilir.
 
Mağaza satıcıları bildiriblər ki, plastik kart olmadığı üçün siqaretin satışı dayandırlıb. Onların sözlərinə görə, topdan satışla məşğul olan mərkəzlər bir neçə gündür siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə satırlar. Siqareti o sahibkarlar ala bilir ki, onların VÖEN əsasında bank hesabı var. Bu imkan əksər mağazalarda olmadığı üçün satış mərkəzlərində siqaret qıtlığı yaranıb və bu da tütün məhsullarının süni şəkildə bahalaşmasına səbəb olub.
 
Satıcılar hesab edirlər ki, qüvvəyə minən qanunun uzun müddətdən sonra icrasına başlanmasına səbəb "vergidən yayınma hallarının” qarşısını almaq və büdcəni doldurmaqdır.
 
Ancaq mağaza sahibləri kartla ödəniş etməkdən imtina edir və bir neçə gündür ki, şəhərdə siqaret tapmaq müşkül məsələyə çevrilib.
 
Binəqədi rayonunda yerləşən marketlərin sahibləri isə bu qərarı boykot etmək qərarına gəliblər və deyiblər ki, əvvəlki sistem qayıtmasa siqaret satmayacaqlar. 
 
Bu məsələdə ən çox zərəri isə vətəndaşlar çəkir.
 
Onu da qeyd edək ki, siqaret satışını davam etdirən şəxslər isə öz istədikləri qiyməti tətbiq edirlər. Ölkədə bu anlaşılmaz durumun nə vaxta qədər davam edəcəyi sual altındadır. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır