"Azəryolservis" ASC-nin müfəttişi döyülərək xəstəxanalıq edilib.
Hadisə Daşkəsən rayonunda qeydə alınıb.
AZXEBER.COM Kəpəz TV-yə istinadən bildirir ki, Gəncə şəhər sakini, "Azəryolservis" ASC-nin 85 saylı yol istismar idarəsinin aparıcı müfəttişi, 53 yaşlı Fəxrəddin Mikayılov öz sürücüsü tərəfindən amansızcasına döyülüb. Yaralı dərhal yaxınlarının köməyi ilə Gəncə şəhər TTYX-ya çatdırılıb. İlkin tibbi yardım göstərilən Fəxrəddin Mikayılovun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb.