Azərbaycanda şirkət rəhbəri barəsində cinayət işi açılıb

Azərbaycanda şirkət rəhbəri barəsində cinayət işi açılıb
Bütün Xəbərlər
17:37 19.06.2013
1235

Azərbaycanda tanınmış şirkətin direktoru barəsində cinayət işi açılıb.

Bu barədə gün.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla “Törnist Konstrakşn” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ceyhun Quliyevin cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini mənimsəməsi faktları aşkar olunub.Müəyyən edilib ki, C.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif banklardan, habelə cəmiyyətin hesablaşma hesablarından nağd şəkildə çıxarılmış 419 min manat məbləğində pul vəsaitini müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəyib və bununla cəmiyyətə külli miqdarda ziyan vurub.Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR