Azərbaycanda şirkətdə 22 yaşlı oğlanın qətlinin şok səbəbi – 2 kilo kartofa görə...

Azərbaycanda şirkətdə 22 yaşlı oğlanın qətlinin şok səbəbi – 2 kilo kartofa görə...
SOSİAL
14:30 15.12.2021
1185
Dekabrın 9-da Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən aqroparkda qətl törətməkdə təqsirləndirilən Nəsimi İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, bu il avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, rayonun İkinci Şıxlı kəndində yerləşən "İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü N.İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.

İstintaqla müəyyən edilib ki, aqroparkda 11 avqust 2021-ci il tarixdə saat 21 radələrində işdən çıxan zaman N.Mansurovun özü ilə gətirdiyi çantaya iki kilo kartof yığıb apararkən həmin MMC-nin mühafizə rəisi inzibati binanın qarşısında keçirdiyi yoxlanış zamanı bunu aşkar edib və Novruzun əlindən kartofu alıb anbara təhvil verib. Bundan sonra - 13 avqust 2021-ci il tarixdə, saat 18 radələrində MMC-nin Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən kartof sahəsinin 24-cü ləki ilə həmsərhəddə yerləşən 1-ci ləkində mühafizəçi kimi vəzifəsinin icrasına başlayarkən Nəsimi İsmayılov ondan təxminən 100 metr aralı məsafədə oturub istirahət edən fəhlələri görüb kartof oğurluğunun qarşısını almaq məqsədi ilə işdən çıxan zaman bütün fəhlələri yoxlayacağına dair xəbərdarlıq edib. Bunu eşidən Novruz Mansurov onun bu sözlərindən xoşlanmayaraq cavab qaytarıb üzərinə gəlib. Onların arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı münaqişə baş verib. Mühafizəçi üzərində saxladığı turist bıçağı ilə Novruz Mansurovun bədəninə bir dəfə zərbə vuraraq onun ürək nahiyəsinə xəsarət yetirib. Daxilə nüfuz edən bıçaq ürəyin zirvəsinin və sol ağciyərin aşağı payının zədələnməsinə və daxili qanitirməyə səbəb olub.

Hadisə yerindən qaçan 21 yaşlı Nəsimi daha sonra polisə zəng edərək yerini bildirib.
 
///Publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər