Azərbaycanda şok: 15 yaşlı oğlanı 2 il zorladılar

Azərbaycanda şok: 15 yaşlı oğlanı 2 il zorladılar
Bütün Xəbərlər
12:53 25.04.2012
5785

Azərbaycanın Zərdab rayonunda tükürpədici hadisə baş verib. ANS TV-nin məlumatına görə, 15 yaşlı oğlan öz həmcinslərinin cinsi zorakılığına məruz qalıb. AZXEBER.COM-un ANS-ə istinadən verdiyi xəbərə görə, Zərdab sakini 2 il öncə 13 yaşında ikən yaşadığı kənddə 5 həmkəndlisi tərəfindən ayrı-ayrı vaxtlarda zorlandığı barədə anasına xəbər verib. O bu addımı 2011-ci ilin dekabrında evlərinə yaxın ərazidə başqa həmkəndlisi tərəfindən şantaj olunaraq, cinsi əlaqəyə zorla təhrik olunmasından sonra atıb. İki il davam edən cinsi zorakılıqdan sonra 9 fevral 2012-ci ildə azyaşlının anası Zərdab rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, onun azyaşlı oğlu iki ildən artıqdır ki, bir neçə həmkəndliləri və qohumları tərəfindən iki il müddətində qeyri-təbii yolla cinsi əlaqəyə məcbur edilib. Zərərçəkənin atası Ə. M. (ad şərtidir) isə oğlunu zorakılıqda ittiham etdiyi iki nəfərin -istintaqdan yayındığını iddia edir. ANS-in bu şəxslərdən birinin atası ilə məsələ ilə bağlı danışmaq cəhdi nəticəsiz qalıb. Zərdab rayon polis şöbəsinin işi aparan müstəntiqi Məsud Rəhimov ittihamlara aydınlıq gətirib. Müstəntiq zorlama faktından çox vaxt keçdiyindən məhkəmə tibbi ekpertizasına və bioloji ekspertiziyaya müraciət olunduğunu bildirib. Ekspertizanın rəyinə görə, adıçəkilən şəxslərdən üçünün günahı subuta yetirilib və onlar məhkəməyə verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi (seksual xarakterli hərəkətlər) ilə cinayət işi açılıb və Zərdab rayon məhkəməsinə təqdim olunub. Faktla bağlı 3 nəfər saxlanılıb. Onların məhkəmədə günahları sübuta yetirilərsə, müttəhimlər 3 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et