Azərbaycanda şok: Ana 7 yaşlı qızını öldürdü

Azərbaycanda şok: Ana 7 yaşlı qızını öldürdü
Bütün Xəbərlər
09:30 13.04.2012
2242
Goranboyda dəhşətli qətl hadisəsi baş verib.
 Goranboy rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, rayonun Balakürd kəndinin sakini, 40 yaşlı Pərvanə Kərimova birinci sinifdə oxuyan qızı Nuranə Quliyevanı boğaraq öldürüb. Hadisəyə məktəblinin dərslərini yaxşı oxumaması səbəb olub. Pərvanə Kərimova övladını döydükdən sonra boğaraq öldürüb.Prokurorluqdan bildirilib ki, Pərvanə Kərimova bununla artıq ikinci övladını öldürür. Belə ki, o, 2003-cü ildə 4 aylıq oğlunu da suda boğaraq öldürüb. 9 il əvvəl cinayət məsuliyyətinə cəlb edilən Pərvanə Kərimova Gəncə Ruhi Əsəb Dispanserində müalicə olunub.Hazırda Pərvanə Kərimova ağır stress vəziyyətində Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada müayinə edilir. Onun ruhi xəstə olub olmadığı bu müayinədən sonra bəlli olacaq.Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR