Azərbaycanda şok hadisə - Ana oğlunu bıçaqladı

HADİSƏ
12:25 15.09.2023
777
Tərtər rayonunda ana oğlunu bıçaqlayıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü Xanım İmanova yaşadıqları evdə oğlu, 32 yaşlı Nahid İmanlını bıçaqlayıb.

Ailədaxili münasibətlərin pozulması nəticəsində baş verən hadisədə sol döş qəfəsinin aşağı arxa hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri alan N.İmanlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanıb. X.İmanova polis tərəfindən saxlanılıb.

OXŞAR XƏBƏRLƏR