Azərbaycanda son 200 ildə baş verən palçıq vulkanı və zəlzələlər araşdırılıb

Azərbaycanda son 200 ildə baş verən palçıq vulkanı və zəlzələlər araşdırılıb
Bütün Xəbərlər
13:04 11.04.2013
2085

Azərbaycanda 1810-cu ildən bu yana baş verən vulkanların zəlzələlərlə qarşılıqlı əlaqəsi öyrənilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev deyib ki, 1810-cu ildən sonra Azərbaycanda 93 vulkanda 400-dən artıq qeyd olunmuş püskürmə baş verib: “Yerin dərinliklərində dövri olaraq enerji toplanmağa və sonra azad olmağa başlayır. Yığılmış enerjinin boşalması özünü daha çox zəlzələlər, palçıq vulkanlarının püskürməsi vasitəsilə göstərir. Azərbaycan ərazisində 1810-cu ildən bu yana baş vermiş zəlzələlərin və palçıq vulkanı püskürməsinin aylar üzrə yayılmasının statistik təhlili göstərir ki, zəlzələrin aktivləşməsi palçıq vulkanları püskürmələrinin aktivləşməsinə səbəb olur. Həm də əksər hallarda zaman etibarilə zəlzələlər palçıq vulkanları hadisələrini qabaqlayır”. 

A. Əliyev deyib ki, son 25 ildə Azərbaycan ərazisində baş verən zəlzələlərin və vulkan püskürmələrinin müqayisəli statistik analizləri aparılıb və bir sıra mühüm nəticələr alınıb. Bu işlər Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə görülüb və hazırda da bu istiqamətdə müşahidələr və tədqiqatlar davam etdirilir. 

“Müəyyən olunub ki, zəlzələ ocağı və palçıq vulkanı bir qırılma strukturu hüdudları daxilində olarsa və vulkan uzun müddət püskürmə üçün yetərincə enerji toplayıbsa, onda zəlzələ vulkanın oyanmasına və püskürməsinə təsir edir. Güclü zəlzələ baş verdikdə 80-100 km radiusda gərginlik zonası yaranır. Enerji toplamış palçıq vulkanı həmin zonada yerləşərsə, onda yeraltı təkan püskürməyə səbəb olacaq. Aparılan tədqiqatlar göstərir ki, vulkanın fəaliyyəti zəlzələlərin sonuncu, hazırlıq mərhələsi dövründə daha aktiv olur. Bu zaman vulkan tərəfindən yer səthinə çıxarılan qazların və suların ayrı-ayrı komponentlərinin tərkib miqdarı anomal səviyyədə artır. Qazların tərkibində karbon qazı, helium qazı, suların tərkibində bor, sulfat, xlorun miqdarında anomal artım olur. Bunlar vulkanların aktivləşməsi ilə əlaqədardır. Yəni vulkanın fəaliyyətinin aktivləşməsi baş verə biləcək zəif zəlzələlərin xəbərvericisi kimi qəbul oluna bilər. Biz bunları öyrənəndə zəlzələlərin vulkana yaxın ərazidə baş verməsi haqqında fikir söyləyirik. Ancaq bu işlərin dəqiq mexanizmini aydınlaşdırmaq üçün ölkə ərazisində geniş monitorinqlərə ehtiyac var. Xüsusilə palçıq vulkanlarının seysmikliklə əlaqəsi vulkanın sakit dövründə baş verən zəif zəlzələləri izləməklə öyrənilə bilər. Bunun üçün də palçıq vulkanlarında monitorinqlərin aparılması, vulkanlardakı dəyişiklərin dinamikasının öyrənilməsi vacibdir”.

Şöbə müdirinin sözlərinə görə, adətən palçıq vulkanları aktiv fəaliyyətdə olan ərazilərdə zəlzələ baş vermə ehtimalı az olur: “Məsələn, Qobustanın cənubunda hələ indiyədək zəlzələ haqqında məlumat alınmayıb. Çünki aktiv vulkanların əksəriyyəti burada yerləşir. Bu ərazidə vulkanlar enerjini itirir. Zəlzələnin baş verməsi üçün gərək enerji toplansın. Yer səthinə qaz, su, lil çıxaran vulkanlarda püskürmə baş vermir. Onlar artıq enerjini itirir. Azərbaycanda olan 350 vulkandan 60-65 faizi püskürmür. Lökbatan vulkanı dünyada püskürmə sayına görə rekordçu hesab olunur. 200 il ərzində bu vulkan 24 dəfə püskürüb. Dünyanın heç bir yerində belə şey yoxdur. Ona görə ki, Lökbatan vulkanında enerji çıxıntısı yoxdur. Vulkan püskürür, onun ağzı bağlanır, hər şey təzyiq altında qalır. Təkan olmasa, vulkan püskürməyəcək. Təzyiqə də təkan verən seysmik proseslərdir”. 

A. Əliyev deyib ki, vulkanlara yaxın ərazilərdə antropogen təsir yolverilməzdir: “Bəzən vulkanın krater sahəsinə yaxın ərazidə boru xətti çəkirlər, qazıntı aparırlar, beləliklə də yatan vulkanı oyadırlar. 2001-ci ildə Lökbatan vulkanında güclü püskürmə oldu. Həmin ilin iyununda vulkana baxış keçirəndə müşahidə etdim ki, vulkanın krater sahəsinə yaxın ərazini qazırlar. Çünki vulkan gilindən inşaatda istifadə edilir. O vaxt buna etiraz etdim və bildirdim ki, bu, vulkanın püskürməsinə səbəb olacaq. İki aydan sonra vulkan püskürdü. Ceyranbatan su anbarının yaxınlığında yerləşən Keçəldaq vulkanında da belə bir hal olmuşdu. Onu da püskürməyə məcbur etmişdilər. Belə hallar yolverilməzdir”. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi