Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlanıb
SOSİAL
19:46 27.08.2021
309
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 74 220 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 691, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 529 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 493 757, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 929 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 564 353 təşkil edir.
OXŞAR XƏBƏRLƏR