Azərbaycanda sosial şəbəkə istifadəçilərinin ən çox müzakirə etdiyi - VİDEO

Azərbaycanda sosial şəbəkə istifadəçilərinin ən çox müzakirə etdiyi -  VİDEO
Bütün Xəbərlər
11:30 12.06.2014
1373

Dünən Azərbaycanda sosial şəbəkələrdə, xüsusən Facebook və Twitter-də “Avtoxuliqanlıq və Sığorta” mövzusunda çəkilmiş video çarx yayılıb.

AZXEBER.COM xəbər verir ki, video çarxda, xanım sürücünün idarə etdiyi maşınla toqquşub qəza törədmiş avtoxuliqanın mübahisəsi və onun sığorta şirkətlərindən birinin aqentləri tərəfindən döyülməsi göstərilir.

Əldə etdiyimiz məlumata görə, Azsığorta şirkətinin, video çarxında çəkilmiş insanlar, aktyorlardı və çəkiliş zamanı heç kim xəsarət almayıb və heç kim döyülməyib.

Video çarxın müəllifləri, Azərbaycan cəmiyyətində, son dövrlər çox müzakirə olunan bir mövzuya, yəni avtoxuliqanların yollarda törətdikləri avtoqəzalar mövzusuna toxunublar.

Bütövlükdə demək olar ki, video çarx reklam xarakterlidir

OXŞAR XƏBƏRLƏR