Tanınmış stilist Samirin həyatından bəhs edən romanın müəllifi bəlli olduAZXEBER-in əldə etdiyi xəbər Azərbaycan şou-biznes məkanında bomba kimi partlayacaq. Belə ki, ölkənin ən tanınmış stilistlərin sayılan, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan “Samiraldo” ləqəbli Samir haqqında roman yazılır. Sosial şəbəkələrdə yayılan bu məlumatda bildirilir ki, stilistin həyatından bəhs edəcək bu roman Azərbaycanda bu janrda qələmə alınmış ilk əsər olacaq. Romanda Samiraldonun həyatı, uşaqlıq illəri, yetimçiliklə boya-başa çatması və bugün tutduğu mövqe ədəbi dildə işıqlandırılacaq.Orientasiyası birmənalı qarşılanmayan stilist Samir barədə yazılan bu romanda onun şəxsi həyatı barədə heç kimin bilmədiyi məqamlar əks olunacaq, Samiraldonun əlaqədə olduğu insanlar, gündəlik həyat tərzi və düşüncələri ifadə olunacaq. Bir sözlə, Samiraldonu ictimaiyyətə bütün çılpaqlığı ilə tanıdacaq bu roman elə “Samir” adlanacaq.“Samir” romanının müəllifi də qalmaqallı əsərləri ilə hamıya yaxşı məlum olan gənc yazar Əhməd Şahidovdur. AZXEBER-in əldə etdiyi məlumata görə, “Sevdiyim qadın” romanı ilə ictimaiyyətin diqqətini özünə cəlb etməyi bacaran Əhməd Şahidov hazırda yazdığı “Samir” romanı ilə müasir ədəbiyyatda ikinci bombanı partlatmağı düşünür.Yayılan bu xəbərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək istəsək də, gec saatları olduğundan, nə stilist Samiraldo ilə, nə də roman müəllifi olan Əhməd Şahidovla əlaqə saxlaya bilmədik.