Azərbaycanda struktur islahatları davam etdiriləcək

Azərbaycanda struktur islahatları davam etdiriləcək
SOSİAL
23:28 14.05.2026
501
Azərbaycanda institusional, idarəetmə və struktur islahatları davam etdiriləcək.

AZXEBER.COM-un məlumatına görə, sözügedən məsələ Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb.

Həmçinin inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədilə müvafiq tənzimləmə üsullarından fəal istifadə ediləcək.

Bundan başqa, ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlanacaq.
OXŞAR XƏBƏRLƏR