Azərbaycanda sürücü maşını sərnişin qatarına vurdu

Azərbaycanda sürücü maşını sərnişin qatarına vurdu
Bütün Xəbərlər
17:50 23.04.2013
1358

Qəza ölümlə nəticələnib.

Ağstafa-Bakı sərnişin qatarına maşın çırpılıb.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, hadisə ötən gün saat 21.00 radələrində Alakol kəndi ərazisində, qorunmayan keçiddə baş verib. Qovlar qəsəbə sakini İlqar Hüseynov idarə etdiyi "QAZ-3110" markalı avtomaşını Ağstafa-Bakı sərnişin qatarına vurub. Nəticədə xəsarət almış İ.Hüseynovun sərnişini, 25-30 yaşlı qadın hadisə yerində ölüb. Xəsarət almış özünə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR