Azərbaycanda sürücülük vəsiqəsinin itirilməsinə görə cərimələr ləğv edildi

Azərbaycanda sürücülük vəsiqəsinin itirilməsinə görə cərimələr ləğv edildi
Bütün Xəbərlər
13:05 08.05.2013
1112

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunu təsdiq edib.

Trend-in məlumatına görə, dəyişikliklərin qüvvəyə minməsi ilə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilib.

Qeyd edək ki, əvvəllər qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu.

OXŞAR XƏBƏRLƏR