Azərbaycanda taksi fəaliyyəti dəyişir - Açıqlama

Azərbaycanda taksi fəaliyyəti dəyişir - Açıqlama
SOSİAL
23:07 22.07.2026
1443
Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir. 

Yaxın illərdə bu tip sürücüsüz nəqliyyat vasitələrinin Azərbaycanda da tətbiqi mümkündürmü? Bunun üçün ölkəmizdə hansı hüquqi, texniki və infrastruktur şərtlərinin formalaşdırılması vacibdir?

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda avtonom avtomobillərlə bağlı ilk mühüm addım artıq atılıb: 

"Bu ilin iyul ayının əvvəlində Milli Məclis avtonom nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyə müvafiq anlayışları daxil edib. İndiyədək qanunvericilikdə belə anlayış ümumiyyətlə mövcud deyildi. Hazırda isə bunun hüquqi bazası formalaşdırılır, aidiyyəti qurumların öhdəlikləri müəyyənləşdirilir.

Bu o demək deyil ki, sürücüsüz avtomobillər istənilən ərazidə sərbəst hərəkət edə biləcək. İlk mərhələdə onlar yalnız xüsusi icazə verilmiş zonalarda fəaliyyət göstərəcək. Dünya təcrübəsində də məhz bu model tətbiq olunur. Söhbət əsasən sərnişindaşıma xidmətlərində istifadə edilən avtonom taksilərdən gedir və onların hərəkət marşrutları əvvəlcədən müəyyənləşdirilməlidir”.

Ekspert əlavə edib ki, bu sistemin işləməsi üçün operator şirkət müəyyən olunmalı, onun məsuliyyəti dəqiq şəkildə tənzimlənməlidir: 

"Eyni zamanda, prosesdə iştirak edən bütün tərəflərin hüquq və öhdəlikləri aydın şəkildə formalaşdırılmalıdır. Avtonom avtomobillər sensorlar, kameralar və digər texnologiyalar vasitəsilə işıqforları, yol nişanlarını, hərəkət zolaqlarını, sürət rejimini və digər yol şəraitini analiz edərək hərəkət edir. Buna görə də onların istifadəsinə başlamazdan əvvəl həm texniki sistemlər, həm də infrastruktur geniş şəkildə sınaqdan keçirilməlidir. Hazırda bu sahədə hüquqi baza artıq yaradılıb. Növbəti mərhələdə texniki infrastrukturun formalaşdırılması, operatorların müəyyən edilməsi və aidiyyəti qurumların üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi vacibdir. Bu proses tamamlandıqdan sonra dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda da sürücüsüz avtomobillərin tətbiqi mümkün olacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı