Azərbaycanda taksi sürücülərinə qarşı mübarizə gücləndirilib

Azərbaycanda taksi sürücülərinə qarşı mübarizə gücləndirilib
Bütün Xəbərlər
16:14 06.06.2013
919

Gəncənin küçə və prospektlərində tıxac yaradan taksi sürücülərinə qarşı mübarizə tədbirləri gücləndirilib. Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Nəqliyyat departamentinin müfəttişləri ilə birlikdə nəzərdə tutulmayan yerlərdə dayanan taksi sürücülərinə qarşı reyd keçiriblər. Dəmir yolu vağzalının qarşısından başlanan yoxlamalar bütün şəhəri əhatə edib. Reydlər zamanı məlum olub ki, nəzərdə tutulmayan yerdə dayanan avtomobillərin bir çoxu taksi fəaliyyəti ilə məşğul olmaq üçün fərqlənmə nişanı da almayıb. Belə sürücülər isə ikiqat ziyana düşüblər. Onlara yol polisi ilə yanaşı, departamentin müfəttişləri də cərimə protokolu yazıblar. Yol hərəkəti haqqında qanuna uyğun olaraq dayanma, durma qaydasını pozan sürücülər müvafiq olaraq 20 manat məbləğində cərimə olunurlar. Reydlərdə ictimai nəqliyyat vasitəsinin sürücüləri də diqqət mərkəzində olublar. Sənədləri qaydasında olmayan sürücülərin avtomobilləri müvəqqəti dayanacağa qoyulub.//milli.az

OXŞAR XƏBƏRLƏR