Azərbaycanda talassemiya xəstələrinin əsas problemi AÇIQLANDI

SAĞLAMLIQ
18:21 02.07.2021
1387
Bu gün talassemiya xəstələrinin ən böyük problemi donorların tapılmamasıdır.

Bu sözləri TƏBİB-in canlı yayımında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, ailələrdə uşaq sayının az olması və ya ikinci uşaqların xəstəliklə doğulması donor problemlərini daha da artırır:

"Talassemiyalı xəstələrdən cəmi 10 faizinin bacı-qardaşlarından donorları tapıla bilir. Bu isə çox az göstəricidir. Talassemiya pasiyentlərinin böyük bir hissəsinin donoru yoxdur. Biz bununla bağlı beynəlxalq reyestrlərə müraciət edirik. Ölkəmizdə bu reyesterin qurulması iki ildir davam edir.

Reyesterin qurulması üçün xüsusi proqramlar və göstəricilər var. İlk növbədə ölkədə kök hüceyrəsini və ya iliyini verə biləcək insanların sayının çox olmasıdır. Bu say müəyyən həddə çatdıqda infrastrukturunun qurulması ilə tənzimlənəcək. Bizə dövlət qurumlarının ciddi dəstəyi lazımdır. Belə ki, hüceyrələrin sərhəddən keçirilməsi, şüalarla təmasda olmaması, xüsusi personalın hazırlanması və s. işlərdən sonra düşünürəm ki, gələcəkdə bu problemlər öz həllini tapacaq”.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR