Azərbaycanda tanınmış idman şərhçisi aparat rəhbəri oldu

Azərbaycanda tanınmış idman şərhçisi aparat rəhbəri oldu
Bütün Xəbərlər
14:31 17.03.2012
2210
Kələntərov Elnur Qəhrəman oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, E. Kələntərov 1997-2004-cü illər ərzində “Space” Müstəqil Teleradio Şirkətinin “İdman proqramları” departamentində müxbir-şərhçi vəzifəsində, 2004-2008-cı illər “İmprotex” Şirkətlər Qrupunun Reklam və İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində, 2008-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində baş məsləhətçi-mətbuat katibi, daha sonra İctimaiyyətlə əlaqələr sektorunda müdir vəzifəsində,2010-cu ilin dekabr ayından nazirliyin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.2012-ci ilin mart ayının 16-dan isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
OXŞAR XƏBƏRLƏR