Azərbaycanda tank dayanacağı uçurub - FOTOLAR

Azərbaycanda tank dayanacağı uçurub - FOTOLAR
Bütün Xəbərlər
12:19 08.11.2013
745
Beyləqanda rayonun Minabad kəndi yaxınlığında tank iki avtomobilin üstündən keçib
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. AZXEBER.COM Jurnalist Araşdırmaları Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, rayonun Minabad kəndi yaxınlığında hərbi hissəyə məxsus tank dayanacağı uçuraraq, onun yaxınlığındakı iki avtomobilin üstündən keçib.Məlumatda deyilir ki, bundan sonra tank yaxınlıqdakı kanala düşüb. Hadisə yerinə gələn hərbçilər və polis əməkdaşları vətəndaşları ərazidə çəkiliş aparmağa imkan verməyiblər. Hətta çəkiliş aparan bir neçə nəfər polis tərəfindən saxlanılaraq, yerli şöbəyə aparılıb.
OXŞAR XƏBƏRLƏR