Azərbaycanda tələbə olmağın çətinlikləri (KÖŞƏ)

Azərbaycanda tələbə olmağın çətinlikləri (KÖŞƏ)
KÖŞƏ
12:31 28.10.2011
3499
"Universitetə bir girən sevinir, bir də çıxan" ifadəsi də boşuna yaranmayıb. Sevinə-sevinə universitetə gələn tələbə sonradan elə problemlərlə rastaşır ki, qəbul olanda keçirdiyi sevincə görə özünü danlamağa başlayır. Bütün tələbə həyatı boyu problemlə rastlaşmaq normaldır, amma baxır onlar necə problemlərdir. Bizə görə, tələbənin əsas problemlərindən biri dərslik problemidir. Nə vaxt ki, dərslik üçün kitabxanaya müraciət edirik, ya sovet dövründən qalan, vərəqləri cırılmış kitablar tapılır, ya yeni kitabların bitdiyini eşidirik, ya da ki, ümumiyyətlə kitab olmur. Hətta bir şeyi də qeyd edək ki, bəzən kitabxanaçılardan kitab olduğu halda “o kitabdan qalmayıb” cavabını eşidirik. Tapdığımız biri iki kitab isə Lenin vıə Stalinin mədhi ilə dolu olur, üstəlik oxuduğumuz bilgilər artıq köhnəldiyindən ondan yararlana bilmirik. Düzdür, müəllimlərin mühazirələrinin elektron variantı var. Amma, onların da əksəriyyəti sadəcə olaraq saralmış mühazirə kağızlarının elektron varianta çevrilmiş formasıdır. Əgər, dünya univiersitetlərinin reytinqdə hansısa yeri tutmağı arzulayırıqsa, ilk növbədə kitabxana problemini həll etməyə başlayaq. Həmçinin kitabxanaçı problemi. Çünki, kitabxanaçılar tələbələr çox kobud davranırlar. Sanki, tələbə kitabxanaya gəlməklə böyük günah işləyib, sanki tələbə kitabxanaçı qarşısında günahkardır.
Tələbələr kitabları təkcə kitabxanadan almır. Bəzən pulla almağa da məcbur olur. Lakin, hazırda Azərbaycanda satılan nə dərsliklərin, nə də bədii kitabların qiyməti tələbə büüdcəsinə uyğun deyil. Dərsliklərin minimum qiyməti 5-7 manatdır. Minimum tələbə təqaüdü isə 33 manat. Bu hesabla tələbə ayda 5 kitab almalı olsa, onda 25-35 manat pul xərcləməlıidir. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə təqaüd almayan tələbələr də var. Ona görə də kitab müəllifləri bunu nəzər alsalar yaxşı olar.
Tələbələrin dəftər problemi də var. Belə ki, biz Boloniya prosesinə qoşulmuş olsaq da buna qoşulan bütün dünya universitetlərindən çox fərqlənirik. Demək olar ki, Azəbraycandan başqa heç bir ölkədə tələbəyə dəftər yazdırılmır, həmin dəftər qiymətləndirilmir. Hətta bəzi müəllimlər səliqəni qiymətə təsir edən amil kimi şərt qoymur. Biz hələ də başa düşə bilmirik ki, o mühazirələri tələsə-tələsə dəftərə niyə köçürürük? Niyə yazmaq istəməyəndə müəllimlər bizi məcbur edir? Seminara hazırlaşmaq istəyən tələbə üçün mühazirə dəftərini doldurmaq lazım deyil, o onsuz da hazırlaşacaq.
Azərbaycan universitetlərindəki Boloniyanı dünya universitetlərində olan Boloniyadan fərqləndirən digər cəhət isə tələbələrin davamiyyətidir. Daha doğrusu davamiyyətin də qiymətləndirilməsi. Dərsə davamiyyətimiz bizə maksimum 5 bal qazandıra bilir. Halbuki, bu beş balı biz seminar qiyməti ilə də bərpa edə bilərik və elə bur cür də olmağını istəyirik. Ən yaxın ölkə, Türkiyəni misal göstərib qeyd edək ki, orada tələbə dərsə gəlməyə məcbur edilmir. Hətta istəsə bütün semestr boyu dərsə gəlməyə bilər. Yetər ki, semestr sonunda imtahanları versin. Halbuki Azərbaycanda qeyd etdiyimiz kimi, qayıblara qiymət yazılır. Bunu müəllimlərə deyəndə isə haqlı olaraq deyirlər ki, həmin sistem bizə də tətbiq edilsə universitetin qapısını açan olmaz. Düzdür, açan olmaz ona görə ki, universitetdəki tələbələrin əksəriyyəti istəmədiyi fakültədə təhsil alır. Yəni, dərsə gəlməmək üçün bəhanə axtarır. Qəbul sistemi dəyişərsə, bu zaman tələbələrin böyük əksəriyyəti istədiyi fakultədə təhsil alıb, sevdiyi peşəylə məşğul olar.
Təbii ki, tələbələrin problemi yuxarıda sadaladıqlarımızla bitmir, bunlar sadəcə təxminən 90% tələbəni narahat edənlərdir. Hər birinin ayrı-ayrılıqda həlli olsa da ümumi bir həlli var. SSRİ təsirindən çıxa bilməmək. Bəli, bu gün bizim Baloniya prosesinə rahat keçə bilməməyimiz, tələbənin dərsə gəlməyə, dəftər yazmağa məcbur edilməsi məhz bundan qaynaqlanır. Eləcə də yeri gələndə dərsdə normal müzakirənin qurula bilməməsi. Təəssüf ki, əksər hallarda müəllim müzakirə təşkil etməklə yox, öz fikrini yeritməklə məşğul olur. Müzakirədə 45 nəfərdən cəmi 3-4 nəfəri iştirak etsə də, bəzən müəllimlər onlara belə fikrini ifadə etmə azadlığı yaratmır.
Hər müəllim, hər rektor, təhsil naziri və bütün ölkə özünü bizim yerimizdə təsəvvür edib, gənc olduğumuzu xatırlasa onda yəqin ki, nələrisə dəyişməyə çalışarlar.
Fatimə KƏRİMLİ,
Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin tələbəsi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib