Azərbaycanda tələbə polisi öldürdü

Azərbaycanda tələbə polisi öldürdü
Bütün Xəbərlər
17:54 21.05.2012
2835
Azərbaycanda polis əməkdaşı qətlə yetirilib.APA-nın məlumatına görə, hadisə Gəncə şəhərində qeydə alınıb. Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis serjantı Elmir Həsən oğlu Pənahov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Lakin o, çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişib. Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisənin polis əməkdaşının peşə fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Belə ki, E. Pənahov evdə olarkən, qonşusu, 20 yaşlı Cavidan Rasim oğlu İsmayılov ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində baş verən mübahisə nəticəsində C. İsmayılov E. Pənahova bıçaqla xəsarət yetirib. Yaralı təcilli xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. R. Musayev qeyd edib ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb və hadisəni törədən C. İsmayılov saxlanılıb.
OXŞAR XƏBƏRLƏR