Azərbaycanda telefon rabitəsi tariflərinin azaldılması planlaşdırılır

Azərbaycanda telefon rabitəsi tariflərinin azaldılması planlaşdırılır
Bütün Xəbərlər
12:49 21.10.2013
606

 Azərbaycanda stasionar telefon danışıqları və bir sıra digər rabitə xidmətlərinin mövcud tariflərinin aşağı salınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təkliflər hazırlanıb. 

AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, bu məsələdə Nazirliyin ən əsas məqsədi şəbəkələrin səmərəliliyi və təhlükəsizliyinin artırılmasıdır: «Eyni zamanda, yeni xidmətlərin istifadəyə verilməsi də nəzərdə tutulur».

 Qeyd edək ki, təkliflərin yaxın zamanlarda Tarif Şurasına təqdim edilməsi planlaşdırılır.

 

OXŞAR XƏBƏRLƏR