Azərbaycanda telefonumuza bu SMS-ləri göndərənlər hüquqlarımızı pozurlar - ARAŞDIRMA

Azərbaycanda telefonumuza bu SMS-ləri göndərənlər hüquqlarımızı pozurlar -  ARAŞDIRMA
Bütün Xəbərlər
15:47 21.12.2013
2611
Hazırda əksər vətəndaşlarımız yaşından, cinsindən, işindən asılı olmayaraq mobil telefondan istifadə edirlər. Artıq bir neçə ildir ki, mobil telefonlar həyatımızın ayrılmaz parçasına çevrilib. Bu da səbəbsiz deyil. Çünki mobil telefonların böyük bir qismi internetə çıxışımızı təmin edir, yaxınlarımızla əlaqə saxlamamızı asanlaşdırır. Bundan başqa mobil telefonumuz vasitəsilə sevdiyimiz musiqini dinləyə, dostlarımızla şəkil çəkə, müəyyə hadisələrin video görüntüsünü qeyd edə bilirik və s. Mobil cihazların həyatımıza bu qədər daxil olması müəyyən şirkətlərin də işinə yarayır. Misal üçün, sms-lər şirkətlərin reklam işini sürətli və səmərəli təşkil etmək üçün ən yaxşı vasitələrdən biridir. Buna görə də, son vaxtlar mobil telefon istifadəçilərinə müxtəlif məzmunlu reklam sms-ləri göndərilir.Bu sms-lərin əksəriyyəti də lotereya xarakterlidir. Gördüyümüz qədəri ilə yuxarı yaş qrupuna daxil olan insanlar bunun mahiyyətinin nə olduğunu bildikləri üçün əksər hallarda belə sms-lərə reaksiya vermirlər. Amma bununla iş bitmir. Bəzən eyni sms mobil telefon istifadəçisinin istəyindən asılı olmayaraq gün ərzində bir neçə dəfə göndərilir. Bu tip sms-lərin təkrar göndərilməsi özüm də daxil olmaqla tanıdığım insanların hamısını, demək olar ki, təngə gətirib. Belə sms-lərdən birini olduğu kimi sizə təqdim edirik: “Keşlədən 3 uşaq atasına 4 sms-ə Toyata getirdi! 27...-a bu gün sms göndər! Qismətin qapına gəlsin! 5 qep. T: 01...”. Yəqin ki, təxmini bu tip sms-lərlə mobil telefon istifadəçilərinin, demək olar ki, hamısı tanışdır.
Məktəb yaşlarında olan mobil telefon istifadəçilərinin lotereya məzmunlu sms-lərə daha çox reaksiya verdiyini düşünüb onların bəziləri ilə söhbət etdik. 8-ci sinif şagirdləri Tale Musayev və Sadiq İsayevdən öyrəndik ki, onlar sms vasitəsilə onlara təqdim olunan oyunun iştirakçılarıdır. Avtomobil udmaq arzusundadırlar. Amma təəssüf ki, arzuları hələ reallaşmayıb.
Lotereya məzmunlu sms-lər məktəbliləri dərsdən yayındıra bilər
Psixoloq Hüseyn Xəlilov mövzu ilə bağlı ona ünvanladığımız suala cavab olaraq bildirdi ki, lotereya məzmunlu sms-lər məktəblilərin dərsdən yayınmasına səbəb ola bilər: “Lotereya məzmunlu sms-lərin mətni düzgün qurulmur. Mətn həddən çox şişirdilir. Məktəbli şagirdlər də bu sms-lərə tez inanırlar. Beləliklə də, onlar hesab edirlər ki, əziyyət çəkməyə, oxumağa o qədər də ehtiyac yoxdur. Onların fikrinə görə, bir sms göndərməklə avtomobil də, pul da qazanmaq olar”. H. Xəlilov onu da qeyd etdi ki, belə sms-lər uşaqları tənbəlliyə sövq etməklə yanaşı, onlarda yalan danışma, evdən pul oğurluğu kimi mənfi vərdişlər də formalaşdıra bilər: “Məktəbli telefon istifadəçiləri sms-lər vasitəsilə ilk olaraq bu oyunlara həvəsləndirilir. Oyuna qoşulmaq üçün də nömrənin balansında pul olmalıdır. Ona görə də, oyuna qoşulmaq istəyən məktəbli telefon istifadəçiləri balanslarında pul olmadığı təqdirdə evdən pul da oğurlaya bilərlər”.Həmsöhbətimiz xüsusilə vurğuladı ki, valideynlər uşaqlarına mobil telefondan istifadəyə icazə verdikləri zaman onlara başa salmalıdırlar ki, bu cihazların müsbət və mənfi tərəfləri nələrdir. Onun sözlərinə görə, uşaqlar telefondan istifadəyə şüurlu şəkildə hazır olduqdan sonra onlara icazə verilməlidir: “Mobil telefonlardan istifadəyə əqli baxımdan hazır olmayan istifadəçi bu tip sms-lərin sayəsində gələcəkdə qumar oyunlarına maraqlı gənc olaraq formalaşa bilər”.Psixoloq lotereya məzmunlu sms-lərin mətninin düzgün qurulmadığına da diqqət çəkdi: “Mobil telefon istifadəçilərinə lotereya məzmunlu sms-lər göndəriləndə telefon istifadəçilərinin müxtəlif yaş səviyyələrində olması nəzərə alınsa, daha yaxşı olar”.
“Uşaq psixologiyası əsasən reallıqlar üzərində qurulur”
Mövzu ilə bağlı sualımıza aydınlıq gətirən “Ailəm” jurnalının redaktoru Aydın Ucal bildirdi ki, lotereya məzmunlu sms-lərin məktəbli şagirdlərə mənfi təsirləri çoxdur: “Əlbəttə ki, sms vasitəsilə mobil telefon istifadəçilərinə göndərilən bu oyunların uşağa mənfi sosioloji təsirləri ilə yanaşı, psixoloji təsirləri var. Çünki, bu oyun olduğu üçün hər adamın uduş şansı yoxdur. Bu oyunların iştirakçısı olan uşaqda “hər bir uğursuz nəticə” ilk növbədə, özünəinam hissinin sarsılmasına gətirib çıxarır.Uşaq psixologiyası əsasən reallıqlar üzərində qurulur. Buna görə də, o hər şeyi ehtimallarla yox, reallıqlarla ölçür. İstədiyi nəticəni əldə edə bilməyəndə isə bu, həmin uşaqda özünəinam hissinin sarsılması ilə nəticələnir. Bu oyunların digər mənfi təsiri isə uşaqda, necə deyərlər, “mübarizə ruhunu” sarsıtmasıdır. Çünki belə oyunlar uşaqda “istədiyini asan yolla əldə etmək” hissi formalaşdırır. Bu hissin uşaqların gələcək həyatında doğuracağı fəsadları isə yəqin ki, izah etməyə ehtiyac yoxdur. Üstəlik, bu hissin uşaqlarda formalaşması həm uşaq üçün, həm də uşağın yaşadığı cəmiyyət üçün də təhlükəlidir. Bir sözlə, insanın arzusu, istəyi nə qədər təbiidirsə, o arzuya, istəyə, aparan yol da o qədər təbii olmalıdır”.
Bu sms-lər uşaqların tərbiyəsinə mənfi təsir edir
”Lotereya məzmunlu sms-lər məktəbli telefon istifadəçilərinin tərbiyəsinə də mənfi təsir edir”. Sosioloq Rəfail Həsənov bu qənaətdədir. Onun sözlərinə görə, bu tip oyunların təbliğ forması düzgün təşkil edilmir: “Birinci növbədə onu qeyd edim ki, müəyyən şirkətlər tərəfindən göndərilən oyun xarakterli sms-lərin mətni düzgün tərtib olunmur. Bu bir reallıqdır ki, mobil telefon istifadəçiləri arasında uşaqlar da var. Bunu sözügedən şirkətlərin özləri də bilir. Ona görə də, yaranmış bu situasiyadan oyun şirkətləri suni olaraq yararlanmağa çalışır. Çünki mətnlər çox aldadıcı tərtib olunur ki, bu da ölkənin reklam haqqında qanununa ziddir.Təcrübə göstərir ki, 18 yaşdan yuxarı olan insanların əksəriyyəti bu oyunlara inanmırlar. Ona görə də, mobil telefonlara gələn bu tip sms-lərə o qədər də əhəmiyyət vermirlər. Belə sms-lər daha çox uşaqları təsiri altına ala bilir ki, bunun da fəsadları çoxdur. Çünki bu oyunlara qoşulmaq pulludur. Bu da sms vasitəsilə təqdim edilən oyunlardan asılı olan insanlarda oğurluğa meyillilik formalaşdıra bilər”. R. Həsənov onu da vurğuladı ki, müəyyən yaşa qədər valideynlər uşaqlarının telefonlarına nəzarət etsələr, daha yaxşı olar.
Qanunun lotereya məzmunlu sms-lərə münasibəti
Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının baş katibi Elməddin Mehralıyev mövzu ilə bağlı “Zaman-Azərbaycan”a bildirdi ki, Azərbaycanda bütün sahələr kimi reklam işləri də hüququ yolla tənzimlənir. Onun sözlərinə görə, sms vasitəsilə reklam işlərini həyata keçirən şirkətlər bəzən qanun pozuntusuna yol verirlər. E. Mehralıyev “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə əsaslanaraq fikirlərini belə əsaslandırdı: “Mobil telefonlara göndərilən lotereya məzmunlu sms-lərdə istifadəçilər çaşdırılır. Məsələn, mənə göndərilən sms-lərin birində bildirilirdi ki, “SHOK XEBER!!! Sene 70920 xal HEDIYYE edirik! 82...-ə dayanmadan SMS göndər, qebul et! Cəmi 60 dəqiqən var! Qalib sən ol! T:01...”. Amma məlum sms-də 82...-ə göndəriləcək sms-in qiyməti haqqında məlumat verilmir. Məlumat üçün bildirim ki, bu sms-in birinin qiyməti 1,18 AZN-dir.Sözügedən qanunun 7-ci maddəsinə əsasən, bu sms-lər haqsız reklam sayılır. Bu maddədə mövzu ilə əlaqəli qeyd olunur ki, fiziki şəxslərin etimadından, yaxud onların təcrübəsizliyindən sui-istifadə etməklə, o cümlədən reklamda əhəmiyyətli informasiyanın müəyyən hissəsini qəsdən gizlətməklə istehlakçıları yanlış istiqamətləndirdikdə haqsız reklama yol verilmir. Bundan başqa bu smslərdə qeyri-dəqiqlik vardır ki, bu da Azərbaycan Respublikasının Reklam haqqında Qanununda yer alan 8-ci maddə ilə tənzimlənir. Bu maddədə mövzu ilə əlaqəli qeyd olunur ki, reklamın yayımı anında əmtəənin dəyəri (qiyməti), ödəmənin əlavə şərtləri göstərilmədikdə qeyri-dəqiq reklama yol verilmir”. Müsahibimizin sözlərinə görə, mobil telefon istifadəçilərinə göndərilən lotereya məzmunlu sms-ləri qeyri-etik reklam da hesab etmək olar:“Reklam haqqında məlum qanunun 9-cu maddəsində o da bildirilir ki, fiziki və ya hüquqi şəxsin mənliyinə, işgüzarlıq nüfuzuna, hüququna xələl gətirə bilən (böhtan, iftira və s. xarakterli) reklam yayıldığı təqdirdə istifadəçi, reklam sifarişçisinə, istehsalçısına və yayıcısına dair Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada iqtisad məhkəməsində iddia qaldıra bilər. Bu hal baş verərsə, adı çəkilən qanunun müvafiq maddəsinə uyğun olaraq qeyri-etik reklam hesab olunur.Oyun şirkətlərin tərəfindən göndərilən sms-lərdə bilərəkdən yalan reklam pozuntusu da müşahidə olunur. Bu barədə bəhs olunan 10-cu maddədə bildirilir ki, o reklam bilərəkdən yalan hesab edilir ki, onun köməyi ilə reklam sifarişçisi (reklam istehsalçısı, reklam yayıcısı və ya reklam agentliyi) reklam istehlakçısını qəsdən yanlış istiqamətləndirir”. Müsahibimiz onu da bildirdi ki, sözü gedən sms-lərdə gizli reklam halları da nümayiş olunur ki, bu haqda problemlər aidiyyəti qanunun 11-ci maddəsi ilə tənzimlənir. Sözügedən maddədə qeyd olunur ki, istehlakçının şüuruna özünün dərk etmədiyi təsiri edən reklam gizli reklam sayılır.
"Zaman Azərbaycan"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
17:13 03.07.2025
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
17:12 03.07.2025
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
Yasamalda yaşayış binasında yanğın
16:59 03.07.2025
Yasamalda yaşayış binasında yanğın
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
16:47 03.07.2025
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
16:39 03.07.2025
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb
16:36 03.07.2025
Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb
"Park Yasamal"da yaşayışa hazır, tam təmirli mənzillər satışa çıxdı!
16:22 03.07.2025
"Park Yasamal"da yaşayışa hazır, tam təmirli mənzillər satışa çıxdı!