Azərbaycanda telekanalların birində kütləvi istefa...
MEDİA
12:09 18.09.2012
1587
Tovuzda fəaliyyət göstərən telekanalın işçiləri kütləvi şəkildə istefa verib.Tovuzda fəaliyyət göstərən “Türkel TV” kanalının işçiləri kütləvi şəkildə istefa verib.Lent.az-ın məlumatına görə, bir müddət öncə yeni rəhbərlik təyin olunan telekanalda gərginlik yaşanıb. Belə ki, bir müddət əvvəl telekanala Şəkidə fəaliyyət göstərən Kanal-S-dən Kənan Musayev adlı şəxs rəhbər gətirilib. Müxbirlərdən birinin verdiyi məlumata görə, yeni rəhbər işçilərlə münasibət qura bilməyib: “Kənan Musayev işçilərlə, xüsusilə xanım əməkdaşlarla kobud davranıb. Buna etiraz əlaməti olaraq, işdən ayrıldıq”.Bildirilib ki, televiziyanın 15-ə yaxın işçisi rəhbərliyə etiraz edərək işlərindən istefa verib. Bundan 2 gün sonra telekanalın əsas texniki heyəti, proqram departamenti, müxbirlər işdən ayrılıb.