Azərbaycanda tinglərin əkilməsi xidməti yaradıldı

SOSİAL
12:43 28.10.2021
335
Azərbaycanda yaşıllıqların bərpası üzrə dünyada geniş yayılmış onlayn ağacəkmə xidməti həyata keçirilməyə başlayıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC tərəfdaşlığı ilə həyata keçirilən "Yeni nəfəs” layihəsi ilə bu ilin əkin mövsümündə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən gölü ətrafında xeyli sayda tinglər əkilib.

"Yeni nəfəs” layihəsi ekosistemə faydalı hədiyyələr etməyi və yeninefes.az saytında tinglərin əkilməsini sifariş verməyi təklif edir.

Yeninefes.az vasitəsilə fidan əkilməsi sifarişi həyata keçirənlərə təsdiq sertifikat göndərilir. Tinglər əkildikdən sonra isə sifarişçiyə fidanın dəqiq GPS koordinatları və fotoları göndərilir.
 

 



OXŞAR XƏBƏRLƏR